RANDEVU AL
AZ

Yaz aylarında yaranan göz infeksiyaları hansılardır?


Məqalənin məzmunu

    Yaz aylarında təbiət yenidən canlanır və hava isinır. Lakin temperaturun artması və rütubətli havanın birləşməsi göz infeksiyaları üçün əlverişli bir mühit yaradır. Bu mövsümdə xüsusilə havada uçuşan pollenlər allergik reaksiyalara, istilik isə bakteriya və göbələklərin sürətlə çoxalmasına şərait yaradır. Vaxtında müdaxilə edilmədikdə göz infeksiyaları görmə sağlamlığını ciddi şəkildə təhdid edə bilər.

    Göz infeksiyası hansı səbəbdən yaranır?

    Göz infeksiyaları viruslar, bakteriyalar və ya göbələklər tərəfindən yaradılan iltihabi vəziyyətlərdir. Yaz aylarında istilik və rütubətin artması bu mikroorqanizmlər üçün ideal çoxalma mühiti yaradır. Havada yayılan pollenlər isə gözdə allergik reaksiyalara yol açaraq infeksiya riskini daha da artırır.

    Ən geniş yayılmış göz infeksiyaları hansılardır?

    Yaz mövsümündə ən çox rast gəlinən göz infeksiyaları bunlardır: konyunktivit (çəhrayı göz), keratit (buynuz qişa iltihabı) və uveit (gözün orta qatının iltihabı). Bu infeksiyaların hər birinin müalicə üsulu fərqlənir, ona görə də düzgün diaqnoz vacibdir.

    Göz infeksiyasının əlamətləri hansılardır?

    Göz infeksiyaları qısa müddətdə özünü büruzə verir. Aşağıdakı əlamətlərdən birini və ya bir neçəsini hiss edirsinizsə, vaxt itirmədən mütəxəssisə müraciət edin:

    • Gözlərdə qanlanma və qızartı

    • Gözlərdə sulanma və çapaqlanma

    • Qaşıntı, yanma və batma hissi

    • Kipriklərdə iltihab

    • Gözlərdə ağrı və şişlik

    Vacib xəbərdarlıq:

    Göz infeksiyaları sürətlə inkişaf edə bilər. Yuxarıdakı əlamətlərdən hər hansı birini hiss etsəniz, dərhal göz sağlamlığı və xəstəlikləri həkiminə müraciət edin. Reseptsiz dərman istifadəsindən mütləq qaçının.

    Gözümüzü infeksiyasiyalardan necə qoruya bilərik?

    Sadə gigiyena qaydalarına riayət etmək göz infeksiyalarından qorunmaqda ən effektiv üsullardan biridir. Gigiyena qaydalarını gündəlik vərdişə çevirmək infeksiya riskini əhəmiyyətli dərəcədə azaldır.

    Əllərinizi tez-tez yuyun

    Göz infeksiyaları bakteriya və virusların asanlıqla yayıla biləcəyi bir mühitdə inkişaf edir. Xüsusilə çöldə olduğunuzda əllərinizi sabunlu su ilə yumaq mikroorqanizmlərin gözlə təmasının qarşısını alır.

    Gözlərə toxunmaqdan qaçının

    Göz bədənin ən həssas orqanlarından biridir. Gözü qaşımaq və ya ovuşdurmaq infeksiyanın sürətlə yayılmasına zəmin yaradır. Xüsusilə əlləri yumamış vəziyyətdə gözə toxunmaqdan çəkinin.

    Kontakt linza gigiyenasına diqqət edin

    Kontakt lens istifadə edirsinizsə, hər istifadədən əvvəl lensləri düzgün şəkildə təmizləyin. İstehsalçının və göz həkiminin tövsiyə etdiyi gigiyena qaydalarına ciddi əməl edin; əks halda lens infeksiya riskini artıran bir amilə çevrilə bilər.

    Gözlərinizi pollenlərdən qorunun

    Allergik reaksiyalara səbəb olan pollənlərin havada yoğunlaşdığı dövrlərdə çölə çıxarkən ehtiyatlı olun. Həkiminizin tövsiyə etdiyi allergiya dərmanlarını müntəzəm istifadə edin. Allergiya nəzarət altına alınmadan göz infeksiyası riskinin azaldılması çətindir.

    Gözləri zərərli maddələrdən qoruyun

    Çirkli su, toz, kimyəvi maddələr və güclü günəş işığı göz sağlamlığına ciddi zərər vura bilər. Açıq havada fəaliyyət zamanı günəş gözlüyü istifadəsi həm UV şüalarından, həm də toz və pollendən qorunmağa kömək edir.

    Tez-tez verilən suallar

    Göz infeksiyaları nə qədər müddətə sağalır?

    Sağalma müddəti infeksiyanın növündən asılıdır. Viral konyunktivit adətən 1 həftə ərzində özü-özünə düzələ bilər; bakterial infeksiyalar isə antibiotik müalicəsi ilə 2–3 gün ərzində geriləməyə başlayır. Bəzi hallarda tam sağalma bir neçə həftə çəkə bilər. Həkim tövsiyələrinə mütləq riayət edilməlidir.

    Göz infeksiyaları yoluxucudur?

    Bəli, bakterial və viral göz infeksiyaları yoluxucudur. İnfeksiya dövründə əllərin gözlə təmasından qaçınmalı, dəsmal, yastıq qapağı kimi şəxsi əşyalar başqaları ilə paylaşılmamalıdır. Kütləvi yaşam məkanlarında infeksiya xüsusilə sürətlə yaya bilər.

    Uşaqlarda göz infeksiyası əlamətləri nələrdir?

    Uşaqlarda ən çox müşahidə olunan əlamətlər qızartı, sulanma, qaşıntı və çapaqlanmadır. Davamlı gözü ovuşturma, işıqdan narahat olma və göz qapaqlarında şişlik də görülə bilər. Bu əlamətlər müşahidə edildikdə uşağı mütəxəssis göz həkiminə aparmaq lazımdır.

    Göz infeksiyaları evdə müalicə edilə bilər?

    Yüngül simptomlar soyuq kompres və gözyaşı damlaları ilə müvəqqəti yüngülləşdirilə bilər. Lakin infeksiyanın növü məlum olmadan dərman istifadə etmək gözdə qalıcı zərərə yol aça bilər. Əlamətlər müşahidə edildikdə mütləq göz xəstəlikləri mütəxəssisinə müraciət edin.

    Tibbi bölmələr

    Добавить комментарий

    Оставить комментарий

    reload, if the code cannot be seen